“Polad Bülbüloğlu cılız hisslərlə yaşayan adamdır” - Səfirimizin adı yeni qalmaqalda
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbəti dəfə neqativ planda diqqət mərkəzinə düşüb.
Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının saytına istinadən xəbər veririk ki, bir neçə gün əvvəl dünyaşöhrətli müğənni Müslüm Maqomayevin Moskvada 1982-ci ildən vəfat etdiyi günə qədər yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub.
Məlumata görə, mərasimdə Rusiyadakı nüfuzlu həmyerlilərimiz: rəssam Tahir Salahov, Araz və Emin Ağalarov, rəssam Aleksandr Şilov, mərhum sənətçinin xanımı Tamara Sinyavskaya, o cümlədən çox sayda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bununla belə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ənənəsinə sadiq qalaraq, ruhunu belə özünə düşmən elan etdiyi Maqomayevin adı ilə bağlı olan tədbirə qatılmayıb. Səfir bu davranışı ilə özünü növbəti dəfə hədəfə çevirib.
Polad Bülbüloğlunun bu xoşagəlməz davranışı ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Araz Əlizadə Moskvadakı səfirimizin ünvanına, yığcam, ancaq çox sərt ifadə işlətməklə kifayətlənib:
“P. Bülbüloğlunun bu hərəkətinə normal bir ifadə ilə münasibət bildirmək çətindir. Qısa şəkildə deyim ki, Polad Bülbüloğlu cılız hisslərlə yaşayan, vaxtilə mədəniyyət naziri olsa da, mədəniyyətdən uzaq bir adamdır. Bundan artıq nəsə deməyə ehtiyac görmürəm”.
Yenicag.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır