“Səviyyəmi qoruyaraq danışaram...” - İşdən çıxarılan xanəndə danışdı
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi işdən çıxarıb. İddia olunur ki, rektor iclasda tələbələrin xanəndədən razı olmadığını, onların daha çox Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istədiklərini deyib.
Mövzu ilə bağlı Siyavuş Kərimi ilə əlaqə saxladıq. Xalq artisti danışmaq istəmədiyini bildirib. Kərimidən fərqli olaraq əməkdar artist Cabir Abdullayev məsələyə aydınlıq gətirib.
Tanınmış xanəndə hələ ərizəsini yazaraq işdən çıxmadığını söyləyib:
“Hələ bu barədə heç kimə müsahibə verməmişəm. Siyavuş müəllimin mənim barəmdə “Tələbələr sizdən razı deyillər. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər” deməsinə inanmıram. Orada gözəl sənətkarlar çalışır. Başda Alim Qasımov olmaq şərti ilə…Konservatoriyadan hələ ayrılmamışam, ərizə də yazmamışam. Dəqiq tam bir şey yoxdur.
Siyavuş müəllimlə heç bir problemim yoxdur, olmayıb. Başqası haqqında danışmaq, qalmaqal yaratmaq mənə yaraşmaz. İşdən çıxma məsələm dəqiqləşəndən sonra müsahibə verəcəm. Öz səviyyəmi qoruyaraq danışaram. Xalq bizdən qalmaqal gözləmir. Belə şeyləri özümə yaraşdırmaram”.
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasın üç nəfər xanəndə-pedaqoq, iyirmi müşayiətçi-müəllim işdən azad edilib.
qafqazinfo

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır