Azərbaycanda tarixi məscid görün nə vəziyyətdə saxlanılır - FOTOLAR
Qax rayonunun İlisu kəndində yerləşən tarixi məscid uçma təhlükəsi ilə üz-üzə qalıb.
Rayonda 18-ci əsrə aid olan və Mədəniyyət və Turizm Nazirliyinin "Ölkə əhəmiyyətli tarixi abidə” siyahısına əlavə etdiyi dövlət tərəfindən qorunan "Ulu Məscid” baxımsızlıqdan uçma təhlükəsi ilə üz-üzə qalıb.
Portalımızın əməkdaşı ilə söhbət edən kənd sakinlərinin sözlərinə görə, məscidə heç kim baş çəkmir. Yalnız kənd camaatının köməkliyi ilə məscidin uçmaması üçün tədbirlər görülür. Qış aylarında isə uçma təhlükəsi daha çox artır. Bu aylarda dam örtüyünün yararsız olması içəriyə kimi suyun dolmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, bu günə kimi nə Qax Rayon İcra Hakimiyyətinin, nə də Mədəniyyət və Turizm nazirliyindən bir nəfər səlahiyyətli şəxs məscidə baş çəkməyib. Dəfələrlə baxımsız vəziyyətdə olan tarixi məscidin yenidən təmir edilməsi üçün müraciətlər olunsa da, bu müraciətlər nəticəsiz qalıb. Nəticədə hər iş kənd sakinlərinin üzərinə düşüb. Məhz bu səbəbdən bərbad vəziyyətdə olan tarixi abidənin uçması an məsələsidir.
AZXEBER.COM




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır