Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canana ilə İTV-nin tanınmış aparıcısı Saleh Bağırov arasında qalmaqal yaranıb.
Musavat.com xəbər verir ki, aparıcı Canananı sosial şəbəkədə sərt ifadələrlə tənqid edib. Qarşı tərəf isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və məhkəmə prosesinə başlayacağını açıqlayıb.
Qalmaqalın yaranmasına səbəb bloqer Sulinin Canana haqqında tənqidi fikirlər səsləndirməsi olub. Saleh Bağırov isə bloqerin paylaşımına münasibət bildirərək bu fikirləri yazıb:
"Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə heç yerdə görünməsin və yerini bilsin! Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara!"
Canana isə məsələ ilə bağlı İctimai Televiziyanın rəhbərliyinə müraciət ünvanlayıb.
O, paylaşımında bildirib:
"Hörmətli İctimai Televiziyanın rəhbərliyi, Sizin kanalın siması olan Saleh Bağırov sosial şəbəkədə bir Azərbaycan qadınını – üç övlad anasını açıq şəkildə təhqir edib, alçaldıcı ifadələr işlədib. Mənə maraqlıdır, bu ixtiyarı ona kim verir? Sizmi? Kanalın adına arxayın olubmu bir qadının ləyaqətini bu qədər rahat tapdalayır?
Mən ictimai bir insanam, üç uşağın anasıyam və hər şeydən öncə Azərbaycan qadınıyam. Ən azından Saleh Bağırovun mənə hörməti yoxdursa belə, Mətanət İskəndərliyə hörməti olmalı idi. Çünki mən onun nəvələrinin anasıyam.
Bir kişinin sosial şəbəkədə qadını bu qədər alçaltması nə kişiliyə, nə etikaya, nə də qanuna sığır. Aparıcı olmaq insanlara nümunə olmaq deməkdir, insanları təhqir etmək yox.
Baş verənlə bağlı artıq hüquqi addımlar atılır. Vəkilim bu məsələ ilə məşğuldur və Saleh Bağırov barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək, məhkəmə prosesi başladılacaq.
Heç kim düşünməsin ki, ekran üzü olmaq ona qadın heysiyyəti ilə oynamaq haqqı verir."
Məsələ sosial şəbəkələrdə ciddi rezonans doğurub. İstifadəçilərin əksəriyyəti Saleh Bağırovun səsləndirdiyi fikirləri sərt tənqid edib və aparıcının bu addımını qınayıb.


Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub