"Energetika Memarlığı" filmi təqdim olunub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən "Energetika memarlığı" adlı film hazırlanıb.
Film, Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən sənədli ekran işidir. Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik stansiyasının qurulmasından başlayaraq, müasir dövrdə həyata keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri təqdim edilir.
Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin keçdiyi təkamül yolu - sovet dövrünün funksional yanaşmasından başlayaraq, müasir dövrdə estetik və rəqəmsal həllərlə zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş şəkildə nümayiş olunur.
Filmdə, xüsusilə son 20 ildə həyata keçirilən enerji layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır. Bununla yanaşı, "yaşıl enerji" konsepsiyası çərçivəsində yaradılan müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından biridir.
"Energetika Memarlığı" filmi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir sənaye estetikasının formalaşdırılması və gələcəyin dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində görülən işləri vizual və tarixi ardıcıllıqla təqdim edir. Film, energetikanın yalnız iqtisadi inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub