“Məni şor qiymətində görürlərsə...” - “Bəxt üzüyü”nün Moşusu
“45 il fasiləsiz teatrda çalışmışam. Teatrsız çox çətindir, nə etmək olar? Sadəcə olaraq dözürəm. Məni heç vaxt seriallarda rol almaq üçün dəvət etməyiblər. Səbəbini bilmirəm”.
Bu sözləri açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.
“Bəxt üzüyü” filminin Moşusu indi serial və filmlərdən şikayətlənib:
“Bəhlul Danəndənin yaxşı bir sözü var: “Qatıqla yağa eyni qiymət vermək olmaz”. Əgər məni şor qiymətində görürlərsə, şor qiymətinə, yağ qiymətində görürlərsə, yağ qiymətinə çağırsınlar. İndi film və serial sektorunda qeyri-ixtisasda olan şəxslər var. Bərbər, tibb bacısı, bir sözlə, hamı filmə çəkilir. Bir aktyor-aktrisalardan başqa... Başa düşmürəm, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır?
Çəkən rejissorlar da təhsil almayıblar. Onlar ancaq gördüklərini reallaşdırırlar. Yaxşı pul qazanırlar. Camaat bir barmaq göstərəndə güləcəksə, eybi olmaz, qoy gülsünlər. Həlim filmlər baxdığın müddətdə yadda qalacaq, sonra unudacaqsan. Ancaq Azərbaycan kinolarını insanlar yadda saxlayır. İndiki kinolardakı ifadələr kəlama çevirilmir”.
Aktyor söyləyib ki, prezident təqaüdçüsü olduğu üçün dolanışı yaxşıdır:
“Mənim dolanışım pis deyil, prezident təqaüdçüsüyəm, 1300 manat pul alıram. Mən bircə teatr, səhnə və sənət üçün darıxıram, yuxularımda görürəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır