Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəkləri nəzərə alaraq, əfsanəvi müğənni Elvis Preslinin yaradıcılığına həsr olunmuş "Sən - Kralsan!" müziklini fevralın 20-də təkrar nümayişini həyata keçirəcək.
Tamaşa üçün bütün hitlərin unikal orkestr versiyaları yaradılıb, bunun sayəsində əsl "rok-n-roll" musiqi direktoru və dirijor Cavad Tağızadənin rəhbərliyi altında simfonik orkestr tərəfindən ifa edilir.
Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqalar və etiraflar vokal partiyalarda və canlı rəqs nömrələrində davam edir. İnanılmaz səslər və baletmeyster Kamilə Əliyevanın möhtəşəm xoreoqrafiyası unudulmaz bayram ab-havası yaradır. Aktyorların enerjisi və xormeyster Vaqif Mastanovun rəhbərliyi altında xorun peşəkar işi tamaşanı ən yaxşı Brodvey şouları ilə müqayisə edilə bilən böyük miqyaslı musiqi bayramına çevirir. Aktyorlar və musiqiçilər sadəcə oynamırlar – onlar bu tamaşada yaşayır, tamaşaçı ilə emosiya və hisslərini bölüşürlər.
Məlumat üçün qeyd edək ki, XX əsrin kommersiya baxımından ən uğurlu populyar musiqiçilərindən hesab edilən Presli kantri və blüzu birləşdirərək yeni musiqi üslubu olan rokabilli yaradıb.
1950-ci illərin ortalarında ilk səs yazılarından başlayaraq bu üsluba müraciət edən dünya şöhrətli musiqiçi "That's All Right", "Blue Suede Shoes", "Tutti Frutti", "Hound Dog" kimi mahnıları xüsusi tərzdə yenidən ifa edib.
"Rok-n-roll Kralı" ümumilikdə 150-dən çox albomu qızıl, platin və multi-platin statusu alıb, onlarla albomu isə dünya hit-paradlarında lider mövqe tutub.
Yazdığı 786 mahnıdan altısı "Rok-n-rollu formalaşdıran mahnılar" siyahısına daxil edilib.
"Rolling Stone" jurnalı onu bütün zamanların ən böyük müğənnilərinin sırasında üçüncü hesab edib.
31 bədii filmdə də rol alan əfsanəvi sənətçi "Bütün dövrlərin 50 ən böyük sənətçisi" siyahısında da 3-cü yerə layiq görülüb.
"Sən - Kralsan!" tamaşasında əfsanəvi müğənninin 18 hiti istifadə olunub.
Biletləri bu link vasitəsilə əldə etmək mümkündür.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub