Mühit mən istədiyim kimi deyil - 77 yaşlı Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan kinosunun canlı əfsanəsi, Xalq aristi Rasim Balayevin 77 yaşı tamam olur.
Modern.az bu münasibətlə Rasim Balayevlə həmsöhbət olub.
“İnsan bu yaşdan sonra özünə nə arzulaya bilər? Bundan sonra nə yaşayacağamsa, Allah sağlam ömür versin”- deyə o bildirib.
Xalq aristi qeyd edib ki, bu günlərdə kino mühiti daha fərqlidir.
“Görürəm ki, mühit mən istədiyim kimi deyil. Ovaxtkı adamların işə qarşı fədakarlığı, vurğunluğu indi yoxdur deyə gələcəklə bağlı nəsə demək olmur. Əvvəllər insanlar pula fikir vermirdi, əsas o idi ki, hamı işin sevirdi, can yandırırdı. Arzu edirəm ki, o vurğunluq geri qayıtsın, bizim kinomuz yenidən dirçəlsin”.
Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub və hələ gənc yaşlarından sənətə böyük maraq göstərib. 1970-ci illərdə kinoya gəlişi ilə Azərbaycan ekran sənətində yeni bir nəfəs yaradan Balayev “Nəsimi” filmindəki möhtəşəm ifası ilə böyük şöhrət qazanıb. Ardınca “Babək”, “Dədə Qorqud”, “Qatır Məmməd” kimi tarixi və dramatik ekran əsərlərində yaratdığı dərin, emosional və xarakterik obrazlarla milli kinematoqrafiyamızın yaddaşına həkk olunub.
XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub