Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
Azərbaycanda ilk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün hazırlanacaq dəsrslik müstəqillik dövründə nəşr olunan ilk dərslik olacaq.
O da qeyd olunub ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır.
1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin “Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.
Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.
Dərsliyin əsas məqsədi şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.
Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub