Xuraman Muradovanın "Vətən eşqi - Turan sevdası" kitabının Özbəkistanda təqdimat mərasimləri keçirilib
Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Xuraman Muradovanın "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistanın Daşkənd Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində təqdimat mərasimləri keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Akif Maarifli, Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Qeyrət Məcid, Özbəkistan Milli Məclisinin deputatı Jamila Şermuxammedova, Nizami adına Dövlət Pedaqoji Universitetinin prorektoru Vahabcan Rəcəbov, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Nurbay Cabbarov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistan Milli Kitabxanasının direktoru Ümidə Teşabayeva, kitabın tərcüməçisi Özbəkistanın tanınmış şairi Kərim Bəhriyev, "Özbəkistan tarixi" dövlət televizisiyasının rəhbəri Şuhrat Hayitov, Özbəkistan Dövlət Universitetinin Füzuli mərkəzinin direktoru, professor Gülbahar xanım Aşurova, Özbəkistanın tanınmış şairəsi Fəraqət Xudaquliyeva müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Vurğulanıb ki, "Vətən eşqi - Turan sevgisi" kitabı Xuraman Muradovanın Özbəkistanda özbəkcə nəşr olunan ikinci kitabıdır. Müəllifin Daşkənddə ilk dəfə nəşr olunan "Özbəkistanım həm vətənimdir" və indi təqdimatı keçirilən "Vətən eşqi - Turan sevgisi" kitabları, bütövlükdə ədəbi yaradıcılığı qardaş ölkədə geniş oxucu auditoriyası tərəfindən rəğbət və məhəbbətlə qarşılanır.
Qeyd edək ki, tədbir Özbəkistanın mediası tərəfindən geniş işıqlandırılıb.










Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub