“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
“Heç kim mənimlə maraqlanmır. Ölmüşəm, qalmışam bilinmir. Özəl xəstəxanada müalicəyə gücüm çatmadı, ona görə də evə çıxdım. Yanımda tibb bacısı qalır, səhərdən axşama kimi sistemlərimi vurur. Yeriyə bilmirəm, çətinliklə danışıram. Hər an vəziyyətim pisləşə bilər”.
Bunu Müsavat.com-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Bir müddət öncə insult keçirən aktrisa maddi vəziyyətinin müalicə almağa imkan vermədiyini bildirib:
“Özəl xəstəxanada müalicə aldığım müddətdə bütün xərcləri teatrımızın direktoru Əliqismət Lalayev çəkdi. Teatrın direktoru hər gün mənimlə maraqlanır.
Mənə təsir edən odur ki, nazirlik özünü elə aparır ki, elə bil mən adlı adam, aktrisa bu həyatda yoxdur. Öləndən sonra yadlarına düşəcək ki, belə bir sənətçi olub. Ehtiyacım olan zaman mənimlə maraqlanmaq istəmirlər. Ömrüm səhnələrdə keçib, bu xalqa xidmət etmişəm. Səngərlərdə əsgərlərimiz üçün çıxış etmişəm. İndi bu xidmətlərim niyə qiymətləndirilmir? Hər an ölə bilərəm. Mən bu xəstəlikləri elə sənətimə görə qazanmışam”.
Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da yenidən insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub