Afət Telmanqızı “Space”dən də getdi
“ANS”in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından uzaqlaşdırılıb.
Məlumata görə, bir qrup keçmiş “ANS”çinin cəmləşdiyi “Space” televiziyasında artıq onlarla yollar ayrılmaqdadır. Belə ki, "Space" Teleradio Şirkətinin "Hər gün” informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət də telekanaldan çıxarılıb. Məlumatlara görə o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.
Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.
Məsələylə bağlı Afət Telmanqızı ilə də əlaqə saxlamağa çalışdıq. Jurnalist telefonu açsa da, bu haqda danışmaq istəməyib.
Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.
“Qafqazinfo"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır