“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Bu il Azərbaycanı “Avroviziya-2024” beynəxalq mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov 525.az-a müsahibə veriblər.
İlkin Dövlətov “Bəs sizin haqqınızda Avropada nə danışırlar” sualına belə cavab verib: “Avropada bizə “Avroviziya”nın ataları” deyirlər. Bığlarımıza görə (gülümsəyir-red)”.
Fəxri İsmayılov isə bunları deyib: “Avroviziya”da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib: “Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır”.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə təmsilçilərimiz “Özünlə apar” mahnısını ifa edəcəklər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır