SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

Tarix:

1-03-2024, 15:55

/ 738 dəfə oxundu.
Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

“Hər zaman efirlərə dəvət alıram, amma getməyə vaxtım yoxdur getməyə. Bir də özümü gördüyüm verilişlərə gedirəm. Bakı Musiqi Akademiyasının baş elmi işçisiyəm. Orada elmi işlə məşğulam. “Azərbaycanın cənub bölgəsinin folkloru” mövzusu üzərində işləyirəm. Eşidilməyən mahnıları nota alıram. Ötən yayın 3 ayını mən Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və oranın bütün kəndlərini gəzmişəm, araşdırmışam. Heç televiziya yadıma düşmür. Mən birtərəfli xanəndə olub, təkcə oxumaqla kifayətlənməmişəm. Həm xanəndəliklə məşğul olmuşam, həm Müdafiə Nazirliyində bir əsgər olmuşam, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib. O daha sonra əlavə edib.

“Sözün düzü heç efirləri izləməyə də vaxtım yoxdur. Özüm oxuyanda zəng edib mənə deyirlər. Tamaşaçılardan, xalqdan eşidirəm ki, televiziya verilişlərindən incikdirlər. Mənim özümü görəndə də bəzi verilişlərdən gileylənirlər. Deyirlər ki, “darıxmışıq əvvəlki oxuyanlar üçün”. Demirəm ki, efirdə ancaq əvvəlki oxuyanların köhnə lentlərini göstərsinlər. Arzu edərdim ki, səviyyə yerində qalsın, milli dəyərləri qoruyub saxlasınlar. Efirlərə çıxanda sənətçilər gərək tamaşaçıları da fikirləşsinlər. Hər cür tamaşaçı bizi izləyir, onlara birtərəfli baxmaq olmaz. İstedadlı gənclərimiz çoxdur, oxumaqlarını bəyənirəm. Amma lap çox olsa nə ziyanı var ki? Bizim Azərbaycan musiqisini bəsitləşdirməsinlər, geyim-keçimlərinə fikir versinlər” deyə sənətkar bildirib.

Xalq artisti pandemiyada itirdiyi bacısı və onun həyat yoldaşından da danışıb.

“Hər bir insanın xoşbəxt günləri də olur, acılı günləri də. Bunlarsız həyat bəlkə də mənasız olar. Bilirsiniz ki, bacımı, onun yoldaşını pandemiyada itirdim. Qızı və oğlu bizim himayəmizdə yaşayır. Düzdür, xala kimi öz istəyimi yetiririəm, onları balamdan ayırmıram. Amma ananın yeri başqadır da. Allah heç bir övladı anasız, atasız etməsin. Ananın yerini heç kəs əvəz edə bilməz. Ana anadır da. 9 ay uşaq ana bətnində olur, onun nəfəsi ilə qidalanır və sonra dünyaya gəlir. Xala özünü öldürsə də, dağa-daşa vursa da ananı əvəz edə bilməz” deyə sənətkar bildirib.

Zümrüd Məmmədova ona hər zaman dəstək olan xalq artisti Zeynəb Xanlarovadan da danışıb.

“Uşaq olanda özüm üçün səhnə düzəldirdim, Zeynəb Xanlarovanı yamsılayırdım. Onu o vaxtdan necə sevmişəmsə o sevgi hələ də qəlbimdədir. Hər zaman sənətinin qarşısında baş əymişəm. Zeynəb Zeynəbdir də. O sözünü deyib. İndiki zamanda da deyir, oxuyur. Hərtərəfli xanımdır, bu xanım oxumağını, geyimini, ədəb-ərkanını həmişə qoruyub saxlayır. Allah ona can sağlığı versin. Zeynəb xanım olmasaydı bəlkə mən də səhnədə olmazdım. Ona pərəstiş edib sənətə gəlmişəm. Deyərdim ki, bütün xanım müğənnilərinin müəllimidir. Hər zaman ondan ünvanıma gözəl, xoş sözlər eşitmişəm. 1992-ci ildə Türkiyədə 3 aylıq festivalda onunla birgə olmuşam. Tez-tez görüşüb danışırdıq. Elə olub ki, gecə saat 2, 3-ə kimi söhbət etmişik. Onun söhbətlərindən doymamışam” deyə sənətkar bildirib. 

Şərhlər

XƏBƏR LENTİ