SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” - VƏKİL ELÇİN NADİROV BAŞINA GƏLƏNLƏRİ DANIŞIR

"Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” - VƏKİL ELÇİN NADİROV BAŞINA GƏLƏNLƏRİ DANIŞIR

Tarix:

18-09-2019, 18:19

/ 1 283 dəfə oxundu.
"Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” - VƏKİL ELÇİN NADİROV BAŞINA GƏLƏNLƏRİ DANIŞIR

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov, demək olar ki, 15 ildən sonra virtualaz.org vasitəsi ilə həbs olunmasının təşəbbüskarının adını çəkməyə və bunun nə ilə bağlı olduğunu izah etməyə qərar verib.

Sovet illərində respublika komsomol komitəsində işləmiş E. Nadirov peşəkar hüquqşünasdır.

E.Nadirov iddia edir ki, Bakının indiki meri Eldar Əzizov, hazırda vergilər nazirinin müavini vəzifəsini tutan Sahib Ələkbərov və çox başqaları onun həmişə öz vəzifəsini necə vicdanla və peşəkarlıqla icra etdiyi barədə çox şeylər danışa bilərlər.

Azərbaycanın müstəqillik qazandıqdan sonrakı ilk illərdə o vaxtkı İqtisadi İnkişaf naziri Fərhad Əliyev ona Ticarət Nazirliyi Katibliyinin rəhbəri vəzifəsini təklif edib. Qurumun yenidən təşkili ilə əlaqədar olaraq, o, İqtisadi İnkişaf Nazirliyinin hüquq şöbəsinin müdiri təyin edilib.

“Fərhad Əliyevin siyasi, sonra isə iqtisadi maddələr üzrə mühakimə olunduğu 2005-ci ilin məlum hadisələrindən qısa müddət sonra məni MTN-ə çağırdılar. Qanuna tabe olan bir vətəndaş olaraq, müstəntiqin yanına gəldim və orada əlavə izahat vermədən məni həbs etdiklərini dedilər. Mən təcrübəli hüquqşünasam, bunun qanunsuz olduğunu bilirdim, amma bütün arqumentlərimə bir cavab aldım - "sifariş yuxarıdan verilib".

Həbsimlə bağlı qərarı o vaxt Nəsimi rayonunun, indi isə Ağsu rayonunun hakimi olan Famil Nəsibov verdi. Elementar qanuni prosedurlara riayət etmədən məni özəlləşdirmə çeki ilə saxtakarlıqda ittiham etdilər və hökm oxudular.

O vaxt mən həqiqətən də, özəlləşdirmə komissiyasının 17 üzvündən biri idim, amma respublikadakı özəlləşdirmə prosesinə görə heç bir məsuliyyətim yox idi. Vəkil vasitəsi ilə dövlət başçısına müraciət etdim - ömrümün sonuna qədər ona minnətdaram – və o, müraciətimi araşdırıb, azadlığa buraxılmağım barədə qərar verdi.

Azadlığa çıxan gün mən artıq həbsimin MTN-in o vaxtkı rəhbəri Eldar Mahmudov tərəfindən sifariş verildiyini bilirdim. Bunu mənə birbaşa müstəntiq Nadir Mustafayev, hansı ki, təəssüf, bu günə qədər orada işləməkdə davam edir, dedi. Bu müstəntiq mənim azadlığa çıxmağıma və ya həbsxanaya getməyimə Mahmudovun özünün nəzarət etdiyini bildirərək məndən 50 min dollar tələb etdi.

“Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...”
Eldar Mahmudov Baş Prokurorluqda dindirildikdən sonra

İndiyə qədər bu, beynimə girmir. Axı 1995-ci ildən bəri Eldar Mahmudovla sıx əlaqə saxlamışdıq, çox yaxın münasibətlərdə olmuşduq. “OBXSS” ləğv olunandan sonra işsiz qalanda ona məhz mən hərtərəfli dayaq olmuş, hətta kömək etmişdim. Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra da onu ilk təbrik edənlərdən biri mən olmuşdum. Daha sonra müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdük.

Həmişə kömək etdiyim, dostum bildiyim bir adamın məndən 50 min dollar tələb etməsini eşidəndə necə şoka düşdüyümü təsəvvür edirsinizmi? Ləğv olunmuş MTN-dən çox hörmətlə yanaşdığım və bundan sonra da yanaşacağım yeganə şəxs Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Əli Nağıyevdir. Onda o, Mahmudovun müavini idi və qandalları, hansı ki, kamerada da məni onunla saxlayırdılar, qollarımdan məhz onun əmri ilə çıxardılar və sonra münasib kameraya köçürdülər.

Ona deyəndə ki, Eldar Mahmudov məndən 50 min dollar tələb edir, o yalnız başını buladı. Mən isə anladım ki, Eldar Mahmudov necə alçaq, xain və yazıq insan imiş...

Əminəm ki, Eldar Mahmudov etdiyi bütün cinayətlərə görə - təkcə mənim yox, həm də məhv etdiyi bütün talelər qarşısında cəzasını almalıdır...”, -deyə hüquqşünas Elçin Nadirov təkid edir.

Şərhlər

XƏBƏR LENTİ