SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! (VİDEO)

Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! (VİDEO)

Tarix:

12-09-2019, 10:47

/ 772 dəfə oxundu.
Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! (VİDEO)

Son vaxtlar Bakı şəhərində və bölgələrdə xarici qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sayı xeyli artıb. Qonşu ölkələrdən, xüsusilə də Gürcüstandan gətirilən avtomobillərə isə daha çox rast gəlinir. Hazırda cərimə meydançalarında da yüksək cərimə borcu olan yüzlərlə xarici nömrəli avtomobil var.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, həmin nəqliyyat vasitələrinin sürücüləri qayda pozsalar da, məsuliyyətdən yayına biləcəklərini düşünürlər. Lakin bu mümkün deyil. Çünki nəqliyyat vasitəsi ölkəyə daxil olarkən bütün məlumatlar mərkəzi informasiya sisteminə yerləşdirilir və sürücü qayda pozduqda çox asan şəkildə elektron protokol tərtib olunur.

Şöbə rəisinin sözlərinə görə, hazırda dayanacaqlarda yüksək məbləğdə cərimə borcu olan xeyli avtomobil var. Cərimələrin məbləği isə bir neçə min manatdır.

Vaqif Əsədov deyir ki, bəzən sürücülər cərimə borcunu ödəməmək üçün ölkədən çıxır və avtomobilin nömrəsini dəyişərək yenidən gəlirlər. Lakin artıq bu yolla da məsuliyyətdən yayınmaq mümkün deyil. Çünki avtonəqliyyat vasitəsi ölkəyə daxil olanda şassi nömrəsi də mərkəzi informasiya bazasına yerləşdirilir. Nömrə nişanı dəyişdirilsə də, şassi nömrəsi ilə həmin nəqliyyat vasitəsi təyin edilir və barəsində qanunauyğun şəkildə müvafiq tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şərhlər

XƏBƏR LENTİ