SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Avtomobil Yolları Dövlət Agentliyində restoran biznesi: Ələt-Astara magistralında rüşvət tələsi

Avtomobil Yolları Dövlət Agentliyində restoran biznesi: Ələt-Astara magistralında rüşvət tələsi

Tarix:

27-12-2018, 10:13

/ 923 dəfə oxundu.
Avtomobil Yolları Dövlət Agentliyində restoran biznesi: Ələt-Astara magistralında rüşvət tələsi

Yeni istifadəyə verilmiş Ələt-Astara magistralı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi üçün sözün əsl mənasında rüşvət mənbəyinə çevrilib.

Müraciət edən sahibkarlar bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayevin tapşırığı əsasında magistral boyunca fəaliyyət göstərən restoranların yolu bağlanıb. Yeni yol çəkilən zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri sahibkarlara 100 min manat rüşvət hesabına restoranlara giriş-çıxış üçün şərait yaradacığını söz versələrdə, vədlərinə əməl etməyiblər. Çünki “Azəravtoyol” rəhbərliyi yeni varianta əl atıb. Belə ki, yol qıraqlarındakı yerlər 500 000 min manat dəyərində satışa çıxarılır.

Əvəz Qocayevin birbaşa xeyir-duası ilə yüksək ranqlı məmurların bir-neçəsinə magistral yolda yerlər hədiyyə olunduğu da yayılan məlumatlar sırasındadır.

Əlacsız qalan sahibkarlar Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin özbaşınalığından dövlət başçısına müraciət edəcəklərini və etiraz aksiyaları keçirəcəklərini bildirirlər.

Daxil olmuş şikayətlərdə bildirilir ki, Ələt-Astara magistralı üzərində dövlət vəsaiti hesabına tikilmiş bəzi yerlər də satılıb. Halbuki dövlət vəsaiti hesabına tikilən və mühafizə zolağında olan ərazi satıla bilməz…

Ələt-Astara magistral yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin etdiyi özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan şikayət və məlumatları araşdırmaqdayıq. Yaxın günlərdə bu barədə geniş məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ