SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib – Video

Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib – Video

Tarix:

30-08-2019, 16:31

/ 1 113 dəfə oxundu.
Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib – Video

Gəncə şəhərində tikilən yeni avtovağzalın arxası zibilxanaya çevrilib.
Bu barədə “Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Onların sözlərinə görə, ərazidə zibillə yanaşı ölmüş heyvanların cəsədləri də var.

“Üfunət iyindən baş çartlayır. Bakıya, o cümlədən digər şəhər və rayonlara gedən avtobuslar məhz bu ərazidən keçir. Dəfələrlər müvafiq qurumlara müraciət edilsə də, nəticəsi yoxdur”,- deyə sakinlər bildirib.

Həmin ətrafda 15 minə yaxın əhalinin yaşadığını deyən sakinlər əlavə edib ki, axşamlar sözügedən ərazidəki zibillər yandırılır. “Tüstüdən və iydən adam boğulur”,- deyə sakinlər bildirib.

Şərhlər

XƏBƏR LENTİ