İmişlidə sakinlər imdad diləyir: Bizi zibillik tüstüsündə boğurlar - Video/Foto
İmişli Şəhər meriyası sakinləri zibillik tüstüsündə boğur.
Bu barədə Avropa.info-ya müraciət edən bir qrup sakinlər deyib.
İmişlidə zibillik poliqonu olduğu halda iki gündən bir İmişli Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən ətrafdakı zibillər bir yerə yığılaraq yandırılır. Yanğın söndərən çağırmaqdan biz bezdik İmişli Şəhər meriyası bu qanunsuzluqlardan bezmədi. Yanan zibillər arasında kimyəvi maddələr də olur. Bu tüstüdə insan necə yaşasın?
Dövlətimizin koronavirusla apardığı bu zamanda İmişli Şəhər İcra Nümayəndəliyinin tabeçiliyində olan Mənzil-Kommunal Təsərrüfat Birliyi Xan Şuşinski, Babək, K.N.Məmmədov və Rövşən Əbilov küçələrində yaşayan sakinləri zibillik tüstüsündə boğur. Burada yaşayan yaşlı, qadın, uşaq və xəstə insanlar var. Heç olmasa onları düşünsünlər.
Xahiş edirik aidiyyəti qurumlara və şəxslərə səsimizi çatdırasınız ki, bu özbaşınalığa son qoyulsun.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...