Əhmədlidə bu küçə zibilliyə çevrilib - Video
Bakının Əhmədli qəsəbəsi, Sarayevo 18 ünvanında yaşayan sakinlər həyətlərindəki zibillikdən narazıdırlar.
Bu barədə onlar Real tv-yə video-şikayət göndəriblər.
Belə ki, həmin ərazidəki zibillər vaxtında yığılmadığından tullantılar və onların pis qoxusu hər tərəfə yayılır.
Sakinlər qeyd edib ki, binaların qarşısında zibil qutularının bloklara yaxın məsafədə yerləşdirilməsilə yanaşı, onların sayı da çoxdur: “Bu ərazidəki bütün məişət və ticarət obyektləri, apteklər, eləcə də mağazalar zibillərini məhz bura atır. Nəticədə tullantılardan çıxan pis qoxu ən yüksək mərtəbələrə qədər qalxır. Pəncərələri açıb hava ala bilmirik”.
Məsələnin araşdırılması məqsədilə Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət edilib. Qurumun baş mühəndisi Sahib Babayev bildirib ki, Bakının bir çox rayonlarında tullantıların yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə tətbiq olunmağa başlayıb: “Bütün narazılıqlar mərhələli şəkildə aradan qaldırılacaq. Çalışacağıq ki, bu sahədə sakinlərin heç bir problemi qalmasın”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...