SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov bağça müəlliməsini işdən çıxarıb?

Taleh Qaraşov bağça müəlliməsini işdən çıxarıb?

Tarix:

24-11-2018, 13:59

/ 2 616 dəfə oxundu.
Taleh Qaraşov bağça müəlliməsini işdən çıxarıb?

“Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar” – Müəllimlə direktorun yemək davası

“Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir”. “Qafqazinfo”ya bu sözləri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib.



Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb: “Hər dəfə mən yeməklərlə bağlı şikayətləndikdən sonra 1 həftə nisbətən normal olur. Duru yağla sup bişirilir, üstündə də bitlər. O yeməyin iyindən, görünüşündən mən iyrənirəm, uşaqlar necə yesin. Valideynlər hər ay bağçaya 20 manat pul verir, ancaq uşaqlar evə acqarına qayıdır.

Bu həftənin 3-cü günü yeməklərlə bağlı şikayətimi müdirə Aybəniz Hüseynovaya dedim. Bildirdim ki, bağçaya pendir, yağ, süd verilir. Amma indiyə kimi bu ərzaqlar uşaqların ağzına dəyməyib. Normal söhbətimiz oldu.
Günorta halı pisləşdi, dedilər ki, davamız olduğu üçün belə olub. Axşam da bunu aktlaşdırıb, icraya şikayət edib. İcra nümayəndəsi gəlib, hamını dinlədi. Bildirildi ki, bizim davamız olmayıb. Nümayəndənin mənə son sözü bu oldu ki, icra başçısının əmri var, akt tərtib olunaraq işdən çıxarılıram.

Mənə deyirlər, mətbəxə girməyə haqqın yoxdur. Bu, hansı qanunda var? Müəllimə kimi uşaqların haqqını tələb edirdim”. Bağçanın müdirəsi Aybəniz Hüseynova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında tərbiyəçinin dediklərinin yalan olduğunu bildirib: “Hamısı yalandır. Hər gün 11-in yarısı işə gəlirdi. Mənim bağçamda yemək söhbəti ola bilməz. Özü tədbirlər keçirir, valideynlərdən pul yığır.

İşçilər arasında söhbət yaradır. Müdirənin tələblərinə əməl etmir. Dəfələrlə göz yumsam da, bu dəfə aidiyyatı orqanlara müraciət etmək məcburiyytində qaldım. Sabah uşaqlardan birinə bir şey olsa, mən cavabdehəm”.

Redaksiyadan:

İşin ən maraqlı tərəfi müəllimənin icra başçısının əmri ilə işdən çıxarılmasıdır. İcra başçısı hansı əmrlə bağça müəlliməsini işdən çıxara bilər? Gülünc səslənir, elə deyilmi? Amma bu faktlara gülmək lazım deyil. Bölgələrdə icra başçısı çobanı belə işindən uşaqlaşdıra bilər. Bu zatən təzə məsələ deyil. Bağça müdirəsi ilə müəllimə arasında olan müzakirənin son nöqtəsini icra başçısı qoyub. Özü də ikincini işdən uzaqlaşdırmaq əmri ilə. Əlbətdə, Qaraşov üçün direktor daha önəmli faktordur. Müəlliməni çıxarmaqla direktora “işinə davam elə, 20 manatını yığ” demək istəyib.

Əcəba, yoldaş Qaraşov direktordan soruşubmu ki, ayda 20 manatı niyə alırsan? Alırsansa, bu hansı qanunla tənzimlənir? Valideynlərə qəbz verilirmi? Bəlkə bu suallara da müdirə Aybəniz Hüseynova xanım aydınlıq gətirsin.

İşini itirən Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyevaya ancaq səbr diləmək lazımdı. Lənkəranda nə çox işsiz insan. İndi sizi də Qaraşovun bir əmri işsiz qoydu. Bununla qurtarsanız şükür edin. Çünki, müdirə xanımın artıq ittihamları başlayıb: “Özü tədbirlər keçirir, valideynlərdən pul yığır”… Bax belə, indi bir yığın valideyn sizin üzünüzə duracaq ki, bağçaca uşaqlara hər gün kabab verirlər, bal yerə tökülüb, yığan yoxdu.

Sabah isə, ittihamlara görə, hələ sizi məhkəməyə verəcəklər. İcra başçısı hakimə tapşıracaq ki, bu qadını cərimələyin, bir də danışmasın. Vəssalam. Bununla da sizin məsələnizə son qoyulacaq.

Məzən olsun, yoldaş Qaraşov!
Taleh Qaraşov bağça müəlliməsini işdən çıxarıb?
Taleh Qaraşov bağça müəlliməsini işdən çıxarıb?

Şərhlər

XƏBƏR LENTİ