SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

Tarix:

25-02-2017, 13:36

/ 2 944 dəfə oxundu.
Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi

24.02.2017-ci il tarixində Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı Heydər Əliyev Mərkəzində “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi.Tədbirdə mədəniyyət işçiləri, Ailə və Uşaqlara dəstək mərkəzinin əməkdaşları, məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova, Ailə və Uşaqlara dəstək mərkəzinin direktor əvəzi Yaqut Hüseynova çıxış etdi.Məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirildikdən sonra Xocalı dəhşətlərindən bəhs edən videoçarx nümayiş olundu.Sonda Xocalı faciəsinə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırıldı.

Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xocalı-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

Şərhlər

XƏBƏR LENTİ