XalqXəbər.Az

Generalın adı hallanan məhkəmə işində son qərar verildi - 1,5 milyon manatlıq cinayət

yüklənir...
Generalın adı hallanan məhkəmə işində son qərar verildi - 1,5 milyon manatlıq cinayət
20-08-2019, 11:02
yüklənir...

Bakı Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun sürücüsünün 1,5 milyon manatını mənimsəməkdə günahlandırılaraq məhkum edilən qadın şikayəti ilə keçirilən məhkəmə yekunlaşıb.


Bu il iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş Gülarə Əliyevanın Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, G.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılırdı. İttihama görə, o, Bakı Gömrük İdarəsinin o vaxtki rəisi Vüsal Novruzovun sürücüsü işləyən Nəsirli Nəcəfdən 1.500000 (bir milyon beş yüz on iki min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat miqdarında pul alıb.
G.Əliyeva isə ittihamları qəbul etmirdi. Bildirmişdi ki, əslində Nəsirli Nəcəf özü Gülarə Əliyevadan 615.000 (altı yüz on beş min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə alıb. Bir neçə həftədən sonra ondan aldığı qızıl-zinət əşyalarını itirdiyini deyib. Bu hadisədən sonra ondan şikayət verib, lakin Vüsal Novruzovun müdaxiləsi nəticəsində nədənsə birdən-birə bütün günah oxları ona tərəf yönəlib.

Criminal.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.