`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ... - YENİLƏNDİ
Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.
Axar.az-ın məlumatına görə, “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib.
Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib.![]()
***
Xəbər verdiyimi kimi, Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.
Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.
Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.
O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.
Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.
Xanım ailəli olub, bir qız övladı var.
Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub. //axar.az//

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub