`Bakı Sağlamlıq Mərkəzi` ÖLÜM MƏRKƏZİNƏ ÇEVRLİB... - İTTİHAM VAR!
“Bakı Sağlamlıq Mərkəzi” (qısaca – BSM) icbari tibbi sığortası olan xəstələri öz taleyi ilə baş-başa buraxır.
Xalqxeber.az kommersant.az-a istinadla xəbər verir ki, sözügedən sığorta vasitəsilə BSM-də müalicə alan xəstələr arasında ölüm halları artıb. Xəstəxanada baş verən ölüm hallarının əksəriyyəti də elə bu xəstələrin payına düşür.
Adının açıqlanmasını istəməyən xəstələr tərəfindən saytımıza verilən məlumata görə, gecə növbəsinə qalan həkimlər də sığortalı xəstələrlə maraqlanmır.
“Sığortalı xəstələrin şöbəsinə gecə növbəsi üçün həkim təyin olunmur. Xəstəxanada reanimasiya üçün 5.000 manat depozit tələb olunduğuna görə xəstəxana sığortalı xəstələri kritik vəziyyətlərdə reanimasiyaya qaldırmağa həvəsli deyil. Çünki, sığorta şirkətləri o pulu xəstəxanaya depozit olaraq ödəmir. Buna görə də digər şöbələrlə müqayisədə sığortalı xəstələrin şöbəsində ölüm halları çox olur. Hətta həmin şöbədə bir gecə içində iki nəfər rəhmətə gedib”, - deyə şikayətçi bildirib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub