XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Prezidentdən 31,4 milyonluq SƏRƏNCAM

Prezidentdən 31,4 milyonluq SƏRƏNCAM

Prezidentdən 31,4 milyonluq SƏRƏNCAM
26-05-2023, 14:31

 
Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.