
Bu universitetin rektoru təqaüdə göndərilir
Bakı Mühəndislik Universitetinin rektoru yaxın vaxtlarda təqaüdə göndərilə bilər.
Qaynarinfo-ya etibarlı mənbədən daxil olan məlumata görə, universitetin rektoru, 78 yaşlı Havar Əmir oğlu Məmmədovun təqaüdə göndərilməsinə səbəb yaş həddi ilə əlaqədardır.
Qeyd edək ki, 1945-ci il iyulun 1-də İmişli rayonu Qızılkənd kəndində anadan olan Havər Məmmədov 2017-ci il martın16-da Prezidentin sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.