SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Tokayev: “Qazaxıstanla Azərbaycan arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb”

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb”

Tarix:

10-04-2023, 19:12

/ 386 dəfə oxundu.
Tokayev: “Qazaxıstanla Azərbaycan arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb”

“Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq”.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.

Bu əməkdaşlığın əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini vurğulayan Kasım-Jomart Tokayev deyib:
“Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir”.

Şərhlər

XƏBƏR LENTİ