Su üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLAR
Ağdam rayon Alıbəyli-2 qəsəbəsinin sakinləri suya həsrət qalıb.
Bu barədə Yenicag.az-a qəsəbə sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, qəsəbəni su ilə təmin edən artezianın motoru yanıb. Bundan sonra qəsəbə sakinləri suya həsrət qalıblar.
Qəsəbə sakinləri bildirib ki, məsələ ilə bağlı Qəsəbə nümayəndiliyinə, Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara məlumat verilib.
Qurumlardan gəlib, baxıb gediblər. Artezianın təmiri ilə bağlı heç bir iş görülməyib. Aidiyyatı qurumlar qəsəbə sakinlərini su ilə təmin etmək üçün bir maşın su göndəriblər, həmin su isə yalnız 22 evi görüb. Qəsəbə sakinləri maşının sayının artırılmasını tələb etsələr də, bunu belə yerinə yetirməyiblər.
Hazırda Alıbəyli-2 sakinlərinin nəinki içməli, heç heyvanlarının suvarılması üçün belə suyu yoxdur.(Yenicag.az)![]()
![]()
![]()
![]()

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır