SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Kubinka”da evlər HASARA ALINDI – 106 mənzilin aqibəti necə olacaq? – VİDEO

“Kubinka”da evlər HASARA ALINDI – 106 mənzilin aqibəti necə olacaq? – VİDEO

Tarix:

5-04-2023, 12:34

/ 459 dəfə oxundu.
“Kubinka”da evlər HASARA ALINDI – 106 mənzilin aqibəti necə olacaq? – VİDEO

Bakının Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsində, “Kubinka” adlanan ərazidə evlər hasara alınıb. Yaxın vaxtlarda burda genişmiqyaslı, söküntü daha sonra isə tikinti işlərinin aparılacağı gözlənilir. 

Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan “Kubinka” yeni, müasir görkəminə qovuşacaq. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəzlənəcək. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda “Kubinka” da pilot layihə çərçivəsində hissə-hissə söküntü işlərinə başlanılıb.

Artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə görə sakinlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır. Bəzi şirkətlər isə sakinlərin tələbləri ilə razılaşmır. 

Mövzu ilə bağlı hazırladığımız reportajı diqqətinizə təqdim edirik:

Bizim.Media

Şərhlər

XƏBƏR LENTİ