"Qardaşının nifuzundan istifadə edərək Naxçıvanda at oynadır" - GİLEY

Bənəniyar kənd sakini 1-ci qrup əlil Fatma Piriyeva yazır:
Bildirim ki, ağır işdə olsa 1200 manat maaş alırdı, babat dolanırdıq .
Elə hərşey bundan sonra başladı. Oğlumun işdən cıxmağını mən eşidəndən sonra şəkərim yenmədi, daha da yüksəldi, komaya düşürdüm tez tez . Şəkər öz fəsadlarını göstərdi. Bir ayağımı dizdən yuxarı amputasiya etdilər. Qanqrenadan bir muddət kecəndən sonra şəkər gözlərimi də tutdu. Buna da Səlim Niftəliyev səbəb oldu. Yoldaşım əlildir, özum də əlil arabasına məhkum qaldım .
Bildirim ki Səlim Niftəliyevin müavini Naxcıvan aeroportunun rəisi Mənşurun qardaşıdır. O da qardaşının nifuzundan istifadə edərək Naxçıvanda at oynadır. Oğlumu hərbi hissəyə cağırıb deyir ki, şikayət etmə, etsən də bir xeyir görməyəcəksən.
50 yaxın şikayət ərzəsi yazaq da şikayətimiz təmin olunmur. Xaiş edirəm, mənim də bu şikayətimi ictimailəştirəsiniz. //ovqat.com// XalqXeber.Az