SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Əzizov Mirdamət Seyidova yeni vəzifə verdi - Bundan sonra...

Eldar Əzizov Mirdamət Seyidova yeni vəzifə verdi - Bundan sonra...

Tarix:

10-03-2023, 12:19

/ 621 dəfə oxundu.
Eldar Əzizov Mirdamət Seyidova yeni vəzifə verdi - Bundan sonra...

 
Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinə yeni direktor təyin edilib.

Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə bu vəzifəyə Mirdamət Seyidov təyin olunub.

Qeyd edək ki, Mirdaməd Seyidov bundan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olub və Nizami rayon Hərbi Komissarlığında çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Mirdamət Seyidovun vəzifədən azad olunmasının səbəbi "səhhəti lə bağlı" deyil. Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Ulduz adlı qadının torpaq alıb, ərazidə ağacları kəsdirməsi sakinlərin narazılığına səbəb olub. Nəticədə ictimai asayişi qorumaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Yaranan söz-söhbətə görə Həsrət Əmrahova töhmət verilib və o, ərizə yazaraq vəzifəsindən uzaqlaşıb.

Şərhlər

XƏBƏR LENTİ