Bu necə BLOKADADIR EEE... - bəşəriyyətə `DO GƏLİRLƏR`...
Yalançı "blokada" şəraitinə rəğmən Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış və "Ovsepavan" adlandırılan Dərələyəz kəndində separatçı-terrorçu rejim tərəfindən “44 günlük müharibə nəticəsində köçkün düşmüş erməni ailələri üçün” qanunsuz olaraq yeni qəsəbənin tikintisi davam etdirilir.
Xalqxeber.az moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, tikintisinə 2021-ci ilin fevralından başlanmış qəsəbə 59 fərdi evdən ibarətdir. Onlardan 32-nin tikintisi "Hayastan" ümumerməni fondu, 27-si isə separatçı rejimin büdcəsi hesabına maliyyələşdirilir
"Mənzillər 3 və 4 otaqdan ibarətdir. Hər birinin 1200 kvadratmetr torpaq sahəsi olacaq. Qəsəbədə müvafiq infrastruktur yaradılacaq, uşaq meydançası tikiləcək, ərazi abadlaşdırılacaq”, - separatçı rejimin qondarma "şəhərsalma naziri"nin müavini Aram Qasparyan bildirib.
Onun sözlərinə görə, rayonun tikintisini 2023-cü ilin əvvəlində mərhələli şəkildə başa çatdırmaq planlaşdırılırdı, lakin guya blokada səbəbindən tikinti işləri səngiyib və indi onlar çox kiçik miqyasda həyata keçirilir...




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır