SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Aqrar Xidmətlər Agentliyində TƏFTİŞ QORXUSU - İLGİNC İDDİALAR...

Aqrar Xidmətlər Agentliyində TƏFTİŞ QORXUSU - İLGİNC İDDİALAR...

Tarix:

14-02-2023, 11:26

/ 451 dəfə oxundu.
Aqrar Xidmətlər Agentliyində TƏFTİŞ QORXUSU - İLGİNC İDDİALAR...

 
Kənd Təsərrüfatı Nazirliyinə tabe qurumlarda qabaqlayıcı tədbirlər görülməsi məqsədilə əvvəlki illəri əhatə edən sənədlərə diqqət yetirilir, bəzilərinin isə yenidən yığılma prosesinə başlanılıb.

Xalqxeber.az bildirir ki, Faktinfo.az saytının əldə etdiyi məlumatda bildirilir ki, buna hazırda Hesablama Palatasının Fevral ayının 1-dən Aqrar Xidmətlər Agentliyində aparılan yoxlamasından sonra qərar verilib. Çünki, nazirlikdə digər tabe qurumlarda da mümkün kompleks yoxlamaların aparılacağına dair müəyyən qənaət yaranıb. Məsələn, KTN-nin Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi 2021-ci ildə analiz olunmuş bəzi torpaq və toxum nümunələrinin sənədlərini (müqavilə və ödəniş qəbzlərini) 2023-cü ilin yanvar ayından tələb etməyə başlayıb. Maraq doğuran nüans da odur ki, əgər iş görülmüşdürsə, ərizələr, müqavilə sənədləri və qəbzlər 2 il sonra niyə yığılıb. Bu o səbəblə edilib ki, vətəndaşlar müraciət ediblərmiş ki,onların torpaqlarını analiz edilsin. AXA-da bu prosesi rayonlarda həyata keçirib, müəyyən müqavilə və ödəniş qəbzlərini almayıbmış.

Həmçinin bildirilir ki,son illər kənd təsərrüfatı kadırlarının qeyri-ixtisas sahibləri ilə əvəzlənməsi Kənd Təsərrüfatı naziri və komandasının haqqında müəyyən "mülahizələrin" səslənməsinə də gətirib çıxarıb.Bu mənada vurğulanır ki,dünyanın heç bir ölkəsində səpindən sonra torpaq analizi aparılmır.Amma AXA bu sahədə "yenilik" edib.Taxılın kollanma və boru fazasında torpaq nümunələri götürüb,analizlər aparıb.

Eləcə də, Dövlət Sort Sınaq məntəqələrinin subsidiyaları elə sınaq məntəqələrinin hesabına köçürülməli halda, bu əməliyyatlarda da müəyyən müəmma ortaya çıxdığı və sonradan vəsaitlərin sınaq məntəqələrinin hesabına geri qaytarıldığı qeyd edilir. Bütün bu məsələlərin yoxlamanın başlamasına az müddət qalmış edildiyi vurğulanır.

Ərizələrin alınmasının, müqavilə və ödəniş qəbzlərinin nədən indi tələb edilməsinin təxmin edildiyi məlumatlarda o da bildirilir ki, bir çox Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), KTN-nin əvvəlcədən daxili təftişi aparılıb, vəziyyətin nə yerdə olduğu müəyyənləşdirilib. Daxili təftiş DAİM-lər tərəfindən aparılan suni mayalanmanı, subsidiyalaşmanı, əlavə kartların olub-olmamasını, Aqrar İnkişaf Mərkəzləri rəhbərləri tərəfindən yaxın çevrələrinin adına yaradılmış "toxumçuluq təsərrüfatlarına" vəsaitlərin ayrılıb-ayrılmamasını və yaxud bu təsərrüfatların ləğv edilib-edilmədiyinin müəyyənləşdirilməsini və digər məsələləri əhatə edib. Hətta, daxili təftişdən sonra vəziyyətin heç də ürək açan olmadığı öyrənilib, bir sıra DAİM rəhbərlərinin sakitcə vəzifədən kənarlaşdırılması qərarı da alınıb.
Qeyd edək ki, bir ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev öz istəyi ilə vəzifəsindən azad edilib, vəzifənin müvəqqəti icrası sədr müavini Cəfər Məhərrəmova həvalə edilib. Cəfər Məhərrəmovun Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun qohumu olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ