Yeni güzəştlər Azərbaycanda fermerlərin yem xərclərini AZALDACAQ
Azərbaycanda bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrə idxalının Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin sonunadək gömrük rüsumundan azad edilməsi yem xərclərinin 10 %-dək azalmasına səbəb olacaq.
Bunu “Report”a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
Onun sözlərinə görə, bu qərar heyvandarlıq və quşçuluqla məşğul olan intensiv fermaların yem xərclərinin azalmasını təmin edəcək.
“Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə təsirini azaltmaq üçün verilmiş qərardır.
Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin istehsal xərclərini azaldacaq və buda özlüyündə bazar qiymətlərinə təsir edəcək".
F. Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş verərsə, bunu qərarın müddətinin uzatmağa ehtiyac olmayacaq: "Amma yenədə yem məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti yenidən uzadılacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı fevralın 7-dən qüvvəyə minib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır