SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Tarix:

2-02-2023, 16:20

/ 339 dəfə oxundu.
Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO


Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Şərhlər

XƏBƏR LENTİ