SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zərdab səhiyyəsində AİLƏ PODRATI... - Nəticəsi də belə olur...

Zərdab səhiyyəsində AİLƏ PODRATI... - Nəticəsi də belə olur...

Tarix:

1-02-2023, 10:01

/ 478 dəfə oxundu.
Zərdab səhiyyəsində AİLƏ PODRATI... - Nəticəsi də belə olur...

 Zərdab rayonu Qaravəlli kənd sakini Abbasov Bəhruz Çervon oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov və onun bacısı oğlu həmin xəstəxanada travmotoloq işləyən Rusif İsmayılov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıqla qanunsuz əməllərlə məşğul olurlar.Nəticədə də insanlar əziyyət çəkir.
Belə ki, həyat yoldaşım Abbasova Südabə Teyyub qızı 23 noyabr 2022-ci il tarixdə yıxılaraq ayağı sınmışdır. Buna görə biz xəstəni Zərdab rayon Mərkəzi Xəstəxanasına apardıq.Travmotoloq Rusif İsmayılov Bakıda olduğu halda telefon vasitəsi ilə xəstəni müayinə edib müalicə yazdı.Həyat yoldaşım ev şəraitində müalicə olundu.Həyat yoldaşımı müalicə edən Rusif İsmayılovun savadsızlığına görə müalicə səhv aparılmışdır ki, nəticədə də biz Göyçay rayon Xəstəxanasına üz tutmalı olduq.Göyçay rayon Xəstəxanasında travmatoloq Elman həkim xəstəni müayinə edib səhv müalicə aparıldığını bizə bildirdi və yenidən narkoz verib müalicə etməyə başladı.
Bundan sonra mən şikayətimi Zərdab rayon Mərkəzi Xəstəxanasının direktoru Ruslan Nemətova dedikdə öz bacısı oğlu olduğu üçün Rusif İsmayılov barədə heç bir tədbir görmədi. Həmçinin bir neçə dəfə Zərdab rayon Xəstəxanasnın Təcili Tibbi Yatdım Bölməsinə zəng etsəkdə evə gəlməyiblər tibbi yardım göstəməyiblər.Təcili Tibbi Yardım Bölməsində bizə bildirdilər ki, ora kəndə gedə bilmərik gəlin öz avtomobilinizlə tibb bacısını xəstənin üstünə aparın.Biz bir neçə dəfə xəstənin üstünə tibb bacısını öz avtomobilimizlə aparıb hər dəfə 30 manat pul ödəmişik.Zərdab rayon Xəstəxanasında özbaşınalıq qanunszluq baş alıb gedir.Bütün bu korrupsiya əməllərinin başında Ruslan Nemətov dayanır.Zərdab rayon Xəstəxanasında baş alıb gedən korrupsiyaya görə əhali əziyyət çəkir.
Mənim həyat yoldaşım həkim səhlənkarlığına görə 2 aydan çoxdur ki, yataq xəstəsidir sağalmayıb.Bunu təsdiq edən konkret və mötəbər subutlarım var ki, şikayətim üzrə aparılacaq araşdırma zamanı təqdim edəcəyəm.Özüm traktor sürücüsüyəm min bir əziyyətlə pul qazanıb ailəmi güclə dolandırıram.Həkim səhlənkarlığına görə borca düşmüşük.Həyat yoldaşım xəstə olduğu üçün himayəmdə olan azyaşlı uşaqlarıma özüm baxıram.
Aidiyyatı orqanlardan xahiş edirəm şikayətimi yerində mənim iştirakmla araşdırıb korrupsiya əməlləri ilə məşğul olan , Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətovun və onun bacısı oğlu Rusif İsmayılovun barəsində qanunu tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Şərhlər

XƏBƏR LENTİ