Ərdəbilli jurnalist: “İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir”
“İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir”.
Bunu “Report”a açıqlamasında İsveçdə yaşayan, hazırda Şuşada səfərdə olan ərdəbilli jurnalist Əlirza Ərdəbili deyib.
“İran molla rejimi 43 ildir ki, hakimiyyətdədir və bu müddət ərzində cinayətlər davam edir”, - o bildirib.
Onun sözlərinə görə, İranda 3 ay ərzində 5 min insanın edam olunduğu vaxtlar da olub: “Bu, 1988-ci ildə olub. Ümumiyyətlə, onların cinayətlərinin sayı-hesabı yoxdur. Molla rejimi insanları, o cümlədən qızları öldürür və sonra adını “ürək çatışmazlığı” qoyur. Bu, gülüncdür. Hazırkı aksiyalar uzunmüddətdir gözlənilən idi. Qadınlar, gənc qızlar öz haqlarını müdafiə edirlər. Bu, haqq işidir”.
Jurnalist bildirib ki, İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir:
“İranın öz əhalisinə qarşı təzyiqi həm də bununla bağlıdır. Ümid edirəm ki, ən yaxın zamanda bu cinayətlərə son veriləcək. Bildiyiniz kimi, İran həmin cinayətləri təkcə öz xalqına qarşı yox, suriyalılara da tətbiq edir. Ümumiyyətlə, İran İslam Respublikası yarananadək belə hallar yox idi. "Əl- Qaidə", "Taliban" və s. həmin ideologiyanın təzahürləridir".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır