Nazir müavininin həyat yoldaşı bir ildə 53 dəfə xaricə gedib - SƏBƏB (FOTO)
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubada bu qədər uzun müddət qalması təsadüfi deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, əsasən də London, Dubay və Türkiyəyə olub.
Mərhum nazir Yavər Camalovun dövründə müavin postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.
Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan Londona, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.
63 yaşlı nazir müavini Yəhya Musayev isə Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da Bakıya qayıdıb.
Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var.

"Unikal" XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?