Şahin Bağırov dilemma qarşısında: tamam, yoxsa davam? - İLGİNC
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dekabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında açıqlanan faktlar Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırovu çıxılmaz vəziyyətə salıb.
Qlobal.az xəbər verir ki, Gömrük Komitəsinin sədr əvəzinin çıxılmaz duruma düşməsinə səbəb məhkəmədə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyinin rəisi olduğu dövrlərdəki fəaliyyəti barədə istintaq materialından səslənən fikirlər olub.
Belə ki, məhkəmədə hakim Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əvəllər əmək müfəttişi vəzifəsində çalışan şahid Mirsəlim Seyidovun istintaqa verdiyi ifadəsini açıqlayıb. Şahid ifadəsində göstərib ki, Səlim Müslümovun nazir, Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyinin rəisi olduğu dövrlərdə xırda müəssisələrə cərimələr tətbiq olunub: "Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı".
Məlumatda deyilir ki, adı böyük korrupsiya əməliyyatlarında hallanan Fuad Əlizadənin hazırda Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışması Şahin Bağırovun strukturda aparmaq istədiyi islahatları, ümumilikdə komitənin şəffaflığını ciddi formada kölgə altına salır.
"Vaxtilə rəhbərlik etdiyi Dövlət Əmək Müfəttişliyində korrupsiya çetesi qurmuş bir şəxsin kifayət qədər struktur islahatları aparılmış Dövlət Gömrk Komitəsində Maliyyə və Təchizat İdarəsi kimi mühüm bir posta rəhbərlik etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmaz. Buna görə də Şahin Bağırovun yaxın zamanlarda Fuad Əlizadə ilə yollarını ayıra bilər"-deyə, məlumatda vurğulanır.
Qeyd edək ki, Fuad Əlizadə 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb.
F.Əlizadə 2018-ci ildən Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
Dövlət Gömrük Komitəsindən məsələyə münasibət öyrənə bilmədik.
Qlobal.az
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?