Alim diplomlarının verilməsində BÜROKRATİYA - Ali Attestasiya Komissiyası LƏĞV edilə bilərmi?
Son zamanlar çoxları şikayət edir ki, Ali Attestasiya Komissiyasında prosedur qaydaları çətinləşdirilib. Deyirlənə görə diplomlar müraciətdən 6 ay keçməsə verilmir. İddialara görə, hazırkı prosedur qaydaları ilə müdafiə diplomları almaq çox çətindir.
Əslində prosedur necə olmalıdır? Müdafiə edən şəxs müraciətindən sonra nə etməli və neçə aya namizədlik, doktorluq diplomunu almalıdır?
Xalqxeber.az-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov düşünür ki, müdafiə şuraları universitetlərin nəzdində yaradılmalıdır:
“Elmi dərəcələrlə bağlı tənqidi mövqelər mövcuddur. Bir sıra sahələrdə problemlər olduğu kimi, ölkəmizdə elmi dərəcələrin verilməsi və alınmasında da müəyyən problemlər yaşanır. Sovet dönəmində aspiranturaya daxil olan şəxs namizədlik minimumlarını ödədikdən və onun elmi işi sahə mütəxəssislərinin rəyindən keçəndən sonra müdafiəyə buraxılırdı.
Müdafiə də 15-20 dəqiqə çəkirdi və şəxsə elmi dərəcənin verilməsi təsdiq olunurdu. Son olaraq uzağı bir ay müddətinə diplom sahibinə gəlib çatırdı. İndi isə vəziyyət başqalaşıb. Ali Attestasiya Komissiyasında süründürməçilik hökm sürür. Hətta onun ləğvi məsələsi də gündəmə gətirilir.
Hazırda ayrı-ayrı universitetlərdə Elmi Şuralar fəaliyyət göstərir. Bu mənada müdafiə şuraları universitetlərin nəzdində yaradılsa, daha yaxşı olar. Belədə əlavə olaraq Ali Attestasiya Komissiyasına da ehtiyac qalmaz. Məsələ bu şəkildə davam edə bilməz. Məsələ gündəmə gətirilməlidir. Ümid edirəm ki, müvafiq qurum da bu məsələyə diqqəti artıracaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?