Rəsmi Bakıdan Fransa, ABŞ və Avropa İttifaqına cavab

Şuşa-Laçın yolunun guya Azərbaycan tərəfindən bağlandığı və bununla guya humanitar böhran yaşana biləcəyi barədə iddiaların heç bir əsası yoxdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanat Fransanın Avropa və Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katiblərinin Azərbaycan tərəfini Laçın yolunu açmağa çağırmasına cavab olaraq verilib.
Bildirilib ki, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi öhdəliklərinə uyğun olaraq son iki il ərzində Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb.
“Ümumiyyətlə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər”,- Azərbaycan deyə XİN bildirib.
Bölgədə humanitar vəziyyətə gəldikdə, XİN bəyan edib ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?