“Bu şirkətin çörəkləri sabun dadı verir”
Sosial şəbəkələrdə “Çörəkçi” firmasının çörəklərinin keyfiyyətsiz olması ilə bağlı iddialar yayılıb.
Bu barədə tanınmış teleaparıcı Turan İbrahimov feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, artıq bir neçə dəfə eyni problemlə qarşılaşıb: “Bununla neçənci dəfədir ki, “Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər”.
Sözügedən paylaşıma digər izləyicilər də reaksiya verib və bənzər halla üzləşdiklərini bildiriblər. Həmçinin aparıcı Elçin Əlibəyli həmin çörəklərin tərkibi ilə bağlı ekspertiza aparıldığını və orada təhlükəli göbələklər aşkarlandığını yazıb.
Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problem araşdırılır: “Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və digər qanunazidd hallar barədə “1003” Çağrı Mərkəzinə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra müvafiq araşdırmalara başlanır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd olunan məsələ ilə bağlı məlumatlar artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün yönləndirilib və bununla bağlı əlavə məlumat veriləcək”.
Agentlikdən həmçinin bildirilib ki, bu cür şikayətlərdə konkret faktlar üzrə araşdırmaların aparılması zəruridir: “İstehlakçıların konkret faktlarla bağlı Agentliyin “1003” Çağrı Mərkəzinə ətraflı məlumat verməsi xahiş olunur”.
Sadalanan problemlə bağlı “Çörəkçi” zavodu ilə əlaqə saxlamağa çalışsaq da, zavodun ictimaiyyətə açıqladığı əlaqə nömrələrinin heç birinin işləmədiyi məlum oldu.
“Qafqazinfo”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?