Xəlil Göyüşovun «Körpü-Bina-Tikinti» MMC-si 8 milyon manatlıq tenderin qalibi olub
Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Xətai Rayonu,2 Saylı Zığ Zeytunçuluq Soxvozunun Ərazisində Yerləşən 86,44 Ha Bağ Sahəsinin Suvarma Suyu İlə Təminatı”-Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” və “Abşeron Rayonunun Ərazisi Üzrə Qala Qəsəbəsi 3 Nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu, Hovsan Zeytunçuluq Sovxozu Və Abşeron Quşçuluq Sovxozunun Ərazılərı Olmuş 500,44 Ha Sahənın Suvarma Suyu İlə Təmınatı”- Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” tenderlərinin nəticələrini açıqlayıb.
Hər iki tenderin qalibi “Körpü-Bina -Tikinti” MMC olub. Şirkətlə birinci tender üzrə 5 milyon 900 min 113 manat, ikinci tender üzrə 2 milyon 100 min 022 manat dəyərində müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi dəyəri 8 milyon 135 manat təşkil edir.
Qeyd edək ki, şirkət qurumun bundan əvvəl daha 8 iri məbləğli tenderinin qalibi olub.
«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov olduğu deyilir.
Bir müdət öncə isə media da «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülklərinin satışa çıxarması barədə məlumatlar yayılmışdı.FED.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?