SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AKKORD-un 30 milyonluq əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT

AKKORD-un 30 milyonluq əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT

Tarix:

29-11-2022, 21:35

/ 294 dəfə oxundu.
AKKORD-un 30 milyonluq əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT

 
3 milyon borca görə Akkord şirkətinin 30 milyon dollarlıq əmlakı həbsə çıxarılıb.

Xalqxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Özbəkistanda fəaliyyət göstərən iş adamları məlumat veriblər.

Onların sözlərinə görə, 6 il öncə türk şirkətlərinin birindən 3 milyon dollar götürən Akkord şirkətinin Özbəkistandakı nümayəndəliyinin uzun müddət davam edən məhkəmə proseslərindən sonra Özbəkistan Ali Məhkəməsinin qərarı ilə bütün əmlakına həbs qoyulub. Məlumata görə, 30 milyon dollarlıq texnikasına həbs qoyulan Akkord rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə əldə edə bilmədiyindən satış qərarı veriblər.

Məsələnin maraqlı tərəfi ondadır ki, Akkordun hazırda Orta Asiyada dəyəri milyonlarla ölçülən iş gördüyü halda qəfildən texnikasının həbs olmasına görə reaksiya verməyib.

Şərhlər

XƏBƏR LENTİ