Ərdoğan MEYDAN OXUDU: “Heç kimdən icazə almırıq - nə Baydendən, nə də Putindən”
“Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə liderinin sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər:
"Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ bu məsələlərdə bizi tanımalıdır və yəqin tanıyır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hami görəcək”.
Ərdoğan ABŞ-ın terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə saldığını bildirib:
“Biz NATO-da ABŞ ilə bir yerdəyik, amma Amerika minlərlə avadanlığı, silah-sursatı Suriyada yerləşən terror zonasına göndərib. Bu haqda özlərinə də bildirmişəm. Onlara dedim ki, NATO-da bir yerdəyik, iki mühüm müttəfiqiyik. Bizə cənubdan təhlükə gəldiyi vaxtda buradakı terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə salırsınız. Lazım gələrsə, onlara cavab verməli olacağıq. Belə məqamlarda nə lazımdırsa, etmişik, edirik və edəcəyik. Biz bu cür məsələlərdə heç vaxt güzəştə gedə bilmərik, belə güzəştlər ölkəmiz üçün problemdir”.
Musavat.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?