Neft Fondunun keçirdiyi tenderi Talıbovun ailə üzvlərinə bağlı şirkət uddu - DETALLAR
Dövlət Neft Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC (VÖEN- 0200631761) olub.
Qalib şirkət Neft Fonduna 13 min 750 manat dəyərində təbii mineral içməli su satacaq.
Məlumat üçün qeyd edək ki, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC “Gəmiqaya Holdinq” olaraq bilinən şirkətlər qrupuna daxildir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şahbuz rayonunda yerləşən Badamlı kəndi ərazisidən çıxan eyni adlı mineral suyun istehsalı və satışı ilə də məşğuldur.
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə - “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?