Daxili Qoşunlara işə düzəltmək adı ilə vətəndaşın 12 min manat pulunu mənimsədi – ŞİKAYƏT
Şabran rayonundan Hüseynovlar ailəsi dələduzluqla üzləşmələri ilə bağlı redaksiyamlza müraciət ediblər. Müraciətdə bildirilir ki, bir müddət öncə fotoda gördüyünüz Tağıyev Mirzəali Qoşqar oğlu, şəhid ailəsinin pulunu dələduzluq yolu ilə mənimsəməsinə müvafiq qurumlardan operativ reaksiya verilmiş və məsələ öz həllini tapmışdır.
Bundan sonra Mirzəalı adlı bu şəxs, Şabran rayon, Əmirxanlı könd sakini Hüseynov Surət Mehrab oğluna qarşı eyni əməli törədərək, onu Daxili Qoşunlarda işə düzəltmək adı ilə aldatmış və 12 min manat pulunu mənimsəmişdir.
Hüseynovlar ailəsi media vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət edərək dələduzluq yolu ilə şəhid və qazi ailələrinin pulunu mənimsəyən Tağıyev Mirzəalı Qoşqar oğlu haqqında hüquqi ölçü götürülməsini xahiş edir.
Vətəndaşın əlaqə nömrəsi 055-351-57-83 //reportyor.info//
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?