SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkətində YAP-ın 30 illiyi qeyd edildi

“Çin Karqo” şirkətində YAP-ın 30 illiyi qeyd edildi

Tarix:

14-11-2022, 10:36

/ 404 dəfə oxundu.
“Çin Karqo” şirkətində YAP-ın 30 illiyi qeyd edildi

Noyabrın 14-də “Çin Karqo” şirkətində Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
Şirkətin konfrans zalında keçirilən tədbiri tanınmış iş adamı, “Çin Karqo”-nun rəhbəri Şamil Heydərov açaraq Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm rolundan danışıb. O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib. Ümummilli Liderin bütün zamanlarda - həm Sovet dövründə, həm müstəqillik uğrunda mübarizə illərində, həm də müstəqil Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırıb. Şamil Heydərov bunun səbəbsiz olmadığını, Heydər Əliyevin müstəsna şəxsiyyəti ilə, millətə, xalqa, Azərbaycana bağlılığı ilə izah edib. 
İş adamı YAP-ın idarəçilik tarixini Azərbaycanın şərəf tarixi kimi dəyərləndirib. O, partiyanın uğurlarını onun təməlinin düzlük və təmizlik üzərində qurulması ilə əlaqələndirib. Şamil Heydərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verdiyini qeyd edib. Şirkət rəhbəri ölkə başçısının səsləndirdiyi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ş.Heydərov Yeni Azərbaycan Partiyasının gənclər siyasəti və yeni nəslə qayğısı barədə danışarkən Azərbaycanın ilbəil artan iqtisadi qüdrətinin gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasında, sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırıb. O, bu gün Azərbaycanın iqtisadi nailiyyətlərinin innovativ ideya və təşəbbüslərin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verdiyini bildirib. İş adamı Yeni Azərbaycan Partiyasının sıralarına tələbə-gənclərin daha çox qatılmasını Yeni Azərbaycan Partiyasına gəncliyin etimadı kimi dəyərləndirib. 
O, bu gün gənclərin dövlət quruculuğunda, ölkəmizin siyasi nüfuzunun, iqtisadi gücünün artmasında, mənəvi-mədəni potensialının yüksəlməsində öz güclərini sınamağa çalışdığını söyləyib. 
Şirkət rəhbəri ölkəmizin müdafiə qüdrətinin güclənməsində Azərbaycan gəncliyinin mühüm rolundan danışıb. Şamil Heydərov 44 günlük Vətən Müharibəsində döyüşlərdə Azərbaycanın gənc əsgərlərinin göstərdiyi şücaət və qəhrəmanlığı tarixi bir nümunə kimi dəyərləndirib və bildirib ki, ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdağından azad etdik.
Şirkət rəhbəri bu gün cəmiyyətin ən fəal nəsli olan gənclərin respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirakını təqdirəlayiq hal kimi qiymətləndirib: “Ümumiyyətlə, gənclər elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər”.
Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Şərhlər

XƏBƏR LENTİ