“Qardaşım İran məni erməniyə satdı” - Allahşükür Paşazadə+Video
“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi? Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Real Tv-yə müsahibəsində deyib.
Şeyx qeyd edib ki, onun İranda dostları, qardaşları, soydaşları var və bu dedikləri həqarət kimi qəbul edilməməlidir:
“Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.
Daha ətraflı Allahşükür Paşazadənin müsahibəsində:

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var